İran ordusu istənilən ssenariyə, o cümlədən müharibəyə hazırdır. SNN agentliyi xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami deyib. Onun açıqlaması bu gün İsrailin İranı vurmağa hazırlaşmasına dair yayılan məlumat fonunda verilib.
Salami vurğulayıb ki, düşmən bəzən İranı hərbi ssenari ilə hədələyir. O xatırladıb ki, İran hakimiyyəti həmişə İslam Respublikasının istənilən ssenariyə tam hazır olduğunu deyib və indi də deyir.
Xatırladaq ki, bu gün CBS News bir neçə mənbəyə istinad edərək sensasiyalı məlumat yayıb. Nəşr iddia edir ki, İsrail ABŞ-a İranın nüvə obyektlərinə qarşı əməliyyata tam hazır olması barədə xəbərdarlıq edib.
Tural