İrəvana uçan təyyarə təcili eniş etdi

İrəvana uçan təyyarə təcili eniş etdi
17 Yan 2025 22:35

Ermənistanın paytaxtı İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Rusiyanın Mineralnıye Vodı hava limanına məcburi eniş edib.

TASS-ın yaydığı məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.

Həmin təyyarənin "Red Wings" aviaşirkətinə məxsus olduğu bildirilib.

Qeyd olunur ki, uçuş Mineralnıye Vodıdan İrəvana həyata keçirilməli idi. Təyyarənin Zvartnots hava limanına enməsi Yerevan vaxtı ilə saat 23:25-ə (Bakı vaxtı ilə eynidir - red.) nəzərdə tutulub.