İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
17:37

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən xəbərə görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında mayın 26-sı axşamadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada