İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb – YENİLƏNİB-2

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb – YENİLƏNİB-2
09:07

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Bu barədə Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru bildirib. O, ölənlərin uçmuş binaların dağıntıları altında qaldığını bildirib.

Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib.

Qeyd edək ki, İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ baş verib. İlkin təkandan sonra çoxsaylı afterşoklar qeydə alınıb.

07:26

İndoneziyada baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində bir kişi və bir qadın ölüb.

Bu barədə  "The Straits Times"ə istinadən xəbər verir.

Flores adasının şimal sahillərinin, eləcə də cənub rayonlarının, adalarının və bütün cənub bölgəsinin sakinlərinə təxliyə edilmək və sahildən uzaqlaşmaq tövsiyə olunub.

Zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, episentri 35 km dərinlikdə yerləşib.

Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.

04:15

İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə yerləşib.

Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.

Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.


Sizin reklam burada
Sizin reklam burada