İndoneziyada məktəb binası uçdu - 5 ölü

İndoneziyada məktəb binası uçdu - 5 ölü
10:32

İndoneziyanın Sidoarjo şəhərində internat məktəbi binasının uçması zamanı ölənlərin sayı beş nəfərə çatıb.

News365.az xəbər verir ki, bu barədə CNN Indonesia Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən xəbər verir.

"Dağıntılar altında 91 nəfər qalıb, ən azı beş nəfərin öldüyü təsdiqlənib", - məlumatda bildirilir.

Qeyd olunur ki, uçqun yerində təxminən 59 nəfər qalıb. Eyni zamanda, zərərçəkənlər haqqında məlumatlar dəyişə bilər.

Əvvəllər üç nəfərin öldüyü bildirilirdi.


Sizin reklam burada
Sizin reklam burada