Pakistanın sabiq baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunub.
News365.az xəbər verir ki, bu barədə “Əfqanıstan Tayms” qəzeti məlumat dərc edib.
“Xanın bacıları - Norin Xan, Alima Xan və Uzma Xan 2023-cü ildən həbsdə olan qardaşları ilə görüş tələb etmək üçün Pakistan Təhrik-e-İnsaf (PTI) Partiyasının tərəfdarları ilə birlikdə toplaşdıqları zaman hücuma məruz qaldıqlarını deyiblər. Görüşə icazə verilməyib”, - məlumatda bildirilib.
Bir neçə mənbə onun meyitinin həbsxanadan çıxarıldığını qeyd edir.
Məsələ ilə bağlı Pakistan hökuməti rəsmi açıqlama verməyib./// axar.az