İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi

İlham Əliyev Yaponiya imperatorunu təbrik etdi
11:33

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu göndərib.

News365.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Yaponiyanın milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm".


Sizin reklam burada
Sizin reklam burada