İlham Əliyev BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqlədi

İlham Əliyev BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqlədi
12:30

Prezident İlham Əliyev "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanunu imzalayıb.

News365.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Qeyd edək ki, sənəd 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində imzalanıb.


Sizin reklam burada
Sizin reklam burada