İlaxır çərşənbə günü bu rayonların qazı kəsiləcək

İlaxır çərşənbə günü bu rayonların qazı kəsiləcək
10:08

Yasamal rayonu, H.B.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsinda qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə 18.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan News365.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi küçəsi və Tiblisi prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Sizin reklam burada
Sizin reklam burada