İki oğlu şəhid olan ana vəfat etdi

İki oğlu şəhid olan ana vəfat etdi
03 Dek 2025 10:00

İki övladı I Qarabağ müharibəsində şəhid olmuş Qiraət Məhərrəmova vəfat edib.

News365.az xəbər verir ki, şəhid anası Bakı şəhəri Buzovna qəsəbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Q.Məhərrəmovanın övladları Etibar və İlqar Məhərrəmovlar doğma rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.


Sizin reklam burada
Sizin reklam burada