14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü + YENİLƏNİB

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü + YENİLƏNİB
15:50

Bakıda dəm qazından zəhərlənən gənc ölüb.

News365.az xəbər verir ki, hadisə Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində baş verib.

Aprelin 28-i saat 21 radələrində Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında olarkən dəm qazından zəhərlənib.

19 yaşlı oğlan hadisə yerində ölüb. T.Babayeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırmalar aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub: 


“Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib”.


Sizin reklam burada
Sizin reklam burada