2020-ci ildə İzmirdə baş vermiş 6,6 bal gücündə zəlzələdə nəvələrini itirən aktrisa və yazıçı İclal Aydın aldığı ağır xəbərdən sonra yenidən sarsılıb.
News365.az xəbər verir ki, eyni gündə dünyaya gələn əkiz qardaşlar Çınar və Sayra Alpgündüz beş il əvvəl İzmir zəlzələsində həyatlarını itirmişdilər. Zəlzələ həm onları həyatdan ayırdı, həm də arzularını yarımçıq qoydu. Çınar pilot olmağı arzulayırdı, Sayra isə insanlara yardım etmək üçün həkim olmaq istəyirdi... Dəfn mərasimində əkizlər üçün göz yaşları sel kimi axmışdı.
Aktrisa və yazıçı İclal Aydın kuzeni Tülin Alpgündüzün vəfat etmiş əkizləri Sayra və Çınar üçün Instagram hesabında ürək dağlayan paylaşım etmişdi:
“Necə izah edim, necə yazım bilmirəm. Anaları Tülin uşaqlıqda oyunlar qurduğumuz, yay tətillərində bir yerdə yuxu gördüyümüz kuzenimdir. Şənbə günü günorta saatlarında 'uşaqların səsini eşitmişik, sağdırlar' xəbəri gəldi qardaşımdan. Dünyalar bizim oldu. Sonra isə ümidlərlə dolu gözləmə başladı. Gecə olur, saatlar keçir. Bütün ailə bir-birimizə sual veririk, yeni xəbər var?
Sonra... Sonrasını bilirsiniz. Səssiz qəbul etmə. Zəlzələnin ilk anlarından bəri danışdıqlarım, yaşananlar indi bulanıq yuxu kimidir. Çox ümidliydik, çox. Ailəmiz, dostlarımız, qonşularımız, tanımadığımız insanlar, bütün ölkə birlikdə dua etdik, birlikdə ağladıq, birlikdə ümid etdik. Bilirəm ki, balalarımız cənnətdədir. Dünyada təsəllinin olmadığı an budur. İzmir zəlzələsində uşaqlarımızla birlikdə həyatını itirənlərə rəhmət, sağ qalanlara isə səbir ver, Allahım.”
News365.az