İbrahim Tatlıses məhkəmədə ifadə verdi

İbrahim Tatlıses məhkəmədə ifadə verdi
10:18

Ailə problemləri üzündən son illərdə tez-tez gündəmə gələn türkiyəli məşhur müğənni İbrahim Tatlıses bu dəfə keçmiş meneceri ilə problem yaşayır. 

News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tatlıses haqqında keçmiş meneceri Şule Yazarın şikayəti əsasında "başqasının əmlakını ələ keçirməyə cəhd və əmlakın ələ keçirilməsinə müqavimət göstərməyə cəhd" ittihamı ilə istintaq başlanıb.

Hadisə Yazarın adına qeydiyyatdan keçmiş və Konak rayonunda yerləşən bir otellə bağlıdır.

Tatlıses şübhəli şəxs qismində ifadə vermək üçün bu gün İzmir Məhkəməsinə gəlib. O verdiyi ifadədə ittihamları rədd edib və Şule Yazara qarşı əks-iddia ərizəsi verib.

İfadə prosesi başa çatdıqdan sonra Tatlıses məhkəmə binasını tərk edib.


Sizin reklam burada
Sizin reklam burada