Hörmüzdə tanker partlayıb

Hörmüzdə tanker partlayıb
10 Okt 2026 23:00

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında nəhəng neft tankerinin dəniz minasına toxunaraq partladığını açıqlayıb.

News365.az xəbər verir ki, SEPAH-ın məlumatına görə, hadisə tanker İranın qeyri-qanuni hesab etdiyi marşrutla boğazdan keçməyə cəhd göstərərkən baş verib.

Tankerin adı, mənsub olduğu ölkə, ekipaj üzvlərinin vəziyyəti və mümkün insan tələfatı barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada