Hökumə haqda yeni film gəlir – Təqdimat yaxınlaşır

Hökumə haqda yeni film gəlir – Təqdimat yaxınlaşır
02 İyn 2025 15:31

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın həyatından bəhs edən yeni film hazırlanıb.

News365.az xəbər verir ki,  film Əməkdar incəsənət xadimi Ziya Şıxlinski tərəfindən lentə alınıb.

Film “Hökümə – kədərim mənim” adlandırılıb. Məlumata görə, sənədli filmin çəkilişləri başa çatıb.

Hazırda ekran işinin montaj prosesi davam etdirilir. Filmin təqdimatı isə Milli Qəhrəmanın doğum günü ərəfəsində - avqust ayında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sənədli film Hökümə Əliyevanın şəxsiyyətinə, mübarizəsinə və ictimai yaddaşda qoyduğu izlərə işıq salmağı hədəfləyir. 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.


Sizin reklam burada
Sizin reklam burada