Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev arasında görüş keçirilib.
News365.az xəbər verir ki, görüşdə tərəflər iki qurum arasında əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıb, birgə tədbirlərin təşkili imkanlarını nəzərdən keçiriblər. Həmçinin mədəni diplomatiyanın ölkələrin xarici siyasətində mühüm rol oynadığı vurğulanıb.
Sonda tərəflər arasında davamlı əməkdaşlığın və mütəmadi əlaqələrin qurulması ilə bağlı razılıq əldə olunub.