Həmkarlar İttifaqının rəsmiləri Arif Babayevi ziyarət etdilər

Həmkarlar İttifaqının rəsmiləri Arif Babayevi ziyarət etdilər
03 İyn 2025 14:30

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov “Bilgəh” sanatoriyasında dincələn görkəmli xanəndə, Xalq artisti Arif Babayevi ziyarət edib.

O, muğam sənətimizin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Arif Babayevlə görüşdə sənətkarın səhhəti ilə maraqlanıb.

Eyni zamanda xanəndənin Heydər Əliyev Mükafatına layiq görülməsi münasibətilə təbriklər çatdırılıb.

Görüş zamanı Respublika Komitəsi tərəfindən mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşəkar inkişafının və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.

Xalq artisti göstərilən diqqət və qayğıya görə Həmkarlar İttifaqının nümayəndələrinə təşəkkür edib.


Sizin reklam burada
Sizin reklam burada