“Həzi Aslanov” stansiyasında təmir nə yerdədir? - RƏSMİ AÇIQLAMA

“Həzi Aslanov” stansiyasında təmir nə yerdədir? - RƏSMİ AÇIQLAMA
16:24

“Həzi Aslanov” stansiyasının dalanında mərhələli şəkildə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir."

Bu barədə News365.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki,  gücləndirmə məqsədilə texnoloji proseslərin tələblərinə uyğun olaraq uzunmüddətli silsilə inşaat tədbirləri görülür.

Qeyd olunmalıdır ki, bu müddətdə “Həzi Aslanov” stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir. Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub.

İşlərin gedişi barədə dövrü olaraq ictimaiyyətə əlavə məlumatlar verilir.

Tikinti işlərinin 2026-cı ildə yekunlaşdırılması planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada