Həyatdakı "Tuz"lardan ehtiyatlı olun

Həyatdakı "Tuz"lardan ehtiyatlı olun
09:37
Kart dəstində olan və dilimizə "Tuz" kimi düşən söz ingilis dilində “ace” adlanır, bu da öz növbəsində köhnə fransızca “bir” mənasını verən “as” sözündən gəlir. Tarixən Tuz -As dəstin içərisində ən aşağı hesab edilirdi və 1 işarəsi ilə eyniləşdirilirdi. Lakin zaman keçdikcə, Tuz dominant karta çevrildi. As -peşəkar, öz işinin ustası sözü ilə simvolizə edilməyə başladı.
Fransız İnqilabı da Tuz-un yüksəlməsinə böyük təsir göstərdi - o, adi bir insanın krallar üzərində üstünlüyünü simvollaşdırmağa başladı. Kartlara əlavə olaraq, "Tuz-As" sözü peşələrində ən yüksək ustalıq dərəcəsinə nail olan insanlara tətbiq olunmağa başladı.
Ona görə də həyatda kimisə aşağı görmək lazım deyildir. İnsanlar da kart dəstində olduğu kimidir. 1, 2...10, şahzadələr, kraliça və krallar da real həyatda var. Ancaq Tuz üçü bir yerdə olanda bütün krallar, kraliçalar, şəhzadə və rəqəmlər ona təslim olur.
Hər bir insanı aşağı görməzdən, incitmədən, əzməzdən öncə düşünün. Adi saydığınız kart dəstində olduğu kimi həyatda da birdən birə Tuz ola bilər qarşınızdakı.
Həyat sürpriz sevir, Tanrı insanlardan ibarət dünyada şahmat oyunu qurub. Piyada da, şah da onsuz da oyunun sonunda eyni qutuda olacaq. Amma piyada son ana qədər irəli gedib Şahı təhlükədə saxlaya biləcək gücə malikdir. Eyni ilə Tuz kartda çıxıb sizi məğlub edəcək təhlükə kimi hər zaman qalacaq....
Ona görə kart dəstində olduğu kimi şəkil və rəqəmlərə deyil, real Tuzla ehtiyatla davranın...

Zaur Əliyev, tariçi alim

Youtube kanalımız

Oxşar xəbərlər