Təchizatçının uyğunluq göstəriciləri barədə sənədlərdə qeyri-dəqiq və ya natamam məlumat verməsi onun dərhal satınalmadan kənarlaşdırılması demək deyil. Belə məlumatların aradan qaldırılması üçün qanunvericilikdə 3 iş günlük müddət nəzərdə tutulub.
Bu barədə News365.az-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təchizatçının uyğunluq göstəriciləri barədə təqdim etdiyi qeyri-dəqiq və natamam məlumat satınalma komissiyasının tələbi ilə 3 iş günü ərzində aradan qaldırılmalıdır. pizza sifarişi
Lakin bu, bütün növ uyğunsuzluqların sonradan düzəldilə biləcəyi anlamına gəlmir. Təchizatçılar şərtlər toplusunda müəyyən edilmiş tələblərə diqqətlə əməl etməlidirlər.