“Alman sosial-psixoloqu Erich Frommun “To Have or To Be”
kitabında insanın var-dövlətə olan hərisliyini və daim daha çox sərvət əldə etmə
arzusunu, "kimlik boşluğu" və "mövcudiyyət boşluğu" kimi
psixoloji problemlərlə əlaqələndirir. O, belə hesab edir ki, bu insanlar həyatda
öz məqsədlərini və mənalarını tapmaqda çətinlik çəkirlər və bunun əvəzinə daha
çox şeyə sahib olmaqla özlərini təsdiqləməyə çalışırlar”.
News365.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bu psixoloji problem artıq o qədər
qloballaşıb ki, onun əziyyətini məhdud məkanlarda yaşayanlar, hansısa qruplar
yox, artıq bütün dünya çəkir:
“Xalqları
yurd-yuvasından salan müharibələrin, yüz minlərlə uşaq ölümlərinin, bitib-tükənməyən
fəlakətlərin kökündə məhz Eric Frommun toxunduğu bu problem dayanır. Suriyadan
yazacaqdım. Buna görə Erich Frommun fikirlərinə toxundum. Suriya müharibə
başlamazdan əvvəl – 60 milyard dollarlıq ÜDM-ə sahib idi. 2022-ci ildə isə 5 dəfə
azalaraq, 12,4 milyard dollara düşdür. Bu gün orada dam başına düşən ÜDM 600
dollara enib. Müharibədən əvvəl isə 3000 dollar idi. Halbuki, bu gün ABŞ-ın
özündə adambaşına ÜDM 90 000 dollara çatır. Süriyada müharibədən əvvəl işsizlik
8% idi, bu gün 70-80%-dir.
Hələ uşaq
ölümləri, yaşanan ailə faciələri və dəhşətləri demirəm. Bütün faciələrin kökündə
insan psixologiyanın dərinliyində gizlənən iyrənc hərislik dayanır. O böyüdükcə
faciələr də artır”.
News365.az