"Ola bilsin dənizə düşsəydi heç biri sağ qalmazdı."
Hərbi ekspert Şair Ramaldanov təyyarə qəzası ilə bağlı News365.az-a fikirlərini bildirib.
"Bizim pilotlar peşəkar pilotlardır. AZAL-ın işi hər zaman yüksək qiymətləndirilir. İstər texniki təhlükəsizlik, istər digər təhlükəsizliklər bütün beynəlxalq normalara cavab verir. Quru sərhədlər bağlı olan zaman əsas yük AZAL-a düşür. Pilotlar qərar qəbul edəndə real vəziyyətə görə, ən aktimal qərarı qəbul edirlər. Pilotların da həyatı təhlükə altındadır.
"Orda olan vəziyyət elə olub ki, pilot bu qərarı seçib. Ola bilsin dənizə düşsəydi heç biri sağ qalmazdı. Mahaçqala da onu qəbul etməyib. Dənizdə də ola bilsin ki, hava şəraiti çox mürəkkəb olub. Ona görə də bu qərar qəbul olunub. Bu saat çox versiyalar səslənə bilər. Bu hallarda komisiya yaradılır və komisiya qara qutuları açmamış rəsmi məlumatlar verməmiş hansısa versiyaların hamısına ola da bilər olur. Ancaq bunlar təsdiqlənməmiş versiyalar olaraq qalır"
News365.az