Yolka bəzəmək ənənəsi necə yaranıb?

Yolka bəzəmək ənənəsi necə yaranıb?
25 Dek 2024 14:05

Yeni ilin ayaq səsləri eşidilməkdədir. Artıq hər kəs bayram hazırlığına başlayıb. Təbii ki, bayram hazırlığında diqqət edilən məsələlərdən də biri yolka ağacıdır.

Bəs, yolka bəzəmək ənənəsi nə zamandan yaranıb?

Apardığımız araşdırmalar sayəsində məlum olub ki, Yeni il ağacları ümumiyyətlə, Yeni il və ya Milad bayramına həsr olunmurdu. Onlar dekabrın 24-də katolik kilsəsinin qeyd etdiyi Adəm və Həvva bayramının şərəfinə bəzədilirdi. Məhz bu bayram üçün cənnət ağacının hekayəsini - Adəm və Həvvanın cənnətdən devrilməsi və Xilaskarın gəlişi ümidi hekayəsinin mərkəzi hissəsini canlandırmaq adət idi.

Almaniyada ilk dəfə həmişəyaşıl cənnət ağaclarını əkdilər ki, bu da Müqəddəs Bonifas əfsanəsi və küknar ağacı ilə əlaqələndirilə bilər. Adəm və Həvva üçün ağaclar ənənəvi olaraq meyvələrlə, ilk növbədə almalarla bəzədilmişdi. Milad ağacı sayılacaq ağacın şirniyyat və zəncəfil çörəkləri ilə bəzədilməsi ənənəsi XV əsrin əvvəllərində yaranıb. Beləki,  Elzasın çörəkçilər gildiyası cənnət ağacını bayram şirniyyatları ilə “bəzəmək” qərarına gəldilər.  Vaxt keçdikcə, XIX əsrdə cənnət ağacı Milad ağacına çevrildi. Çünki Adəm və Həvva bayramı Qərb ölkələrində dekabrın 25-də qeyd olunan Milad bayramı ilə əvəz olundu.

Rusiyada yolka bəzəmək ənənəsi I Pyotrun zamanından başlayıb. 1725-ci ildə Rusiyanın ilk imperatorunun ölümündən sonra, demək olar ki, bir əsr ərzində Yeni il ağacları ənənəsi unudulub.

Milad ağacı qurmaq ənənəsi haradan gəlib?

XIX əsrin əvvəllərində Rusiya İmperiyasında Milad və Yeni il ağacları unudulsa da, Almaniyada Milad və Yeni ilin ayrılmaz simvoluna çevrildi. Milad ağacının qoyulması ənənəsi yalnız Rusiyaya deyil, həm də Böyük Britaniya və Amerikaya və demək olar ki, eyni vaxtda Almaniyadan gəldi. Yeni il ağacları imperator I Nikolayın həyat yoldaşı, əslən alman olan Aleksandra Fedorovnanın sayəsində ikinci dəfə Rusiya imperiyasına qayıdıb. O, Rusiyada ilk yolka ağacını bəzədi. O, öz evinin ənənəsini imperator sarayına gətirdi.

Niyə bəzi ölkələrdə  Milad ağacı yox, Yeni il ağacı var?

Rusiyada yolka bəzəmək ənənəsi 1920-ci illərin ortalarına qədər davam edib. 1924-cü ildə Vladimir Leninin ölümündən sonra xristian adət-ənənələri, o cümlədən Milad bayramı kəskin şəkildə pislənməyə başlandı və 1929-cu ildə Milad ağacının bəzədilməsi ilə birlikdə Milad bayramı tamamilə qadağan edildi. Nəhayət, yolka ağacı 1937-ci ildə SSRİ-dən yenidən dəbə mimib. Ötən əsrin 70-ci illərindən etibarənsə yolka bəzəmək bir dəb halını alıb. Əslində, bud aha çox kommersiya məqsədi ilə olub. O zamandan etibarən Azərbaycanda da yolka bəzəmək ənənəsi yaranıb.

News365.az


Youtube kanalımız