Hərbi əməliyyatlar başlayandan sonra Ukraynanı tərk edən qaçqınların əksəriyyəti vətənə qayıtmayacaq.
"Gazeta"nın yaydığı məlumata görə, bunu "RBK Ukraynaya" üsahibəsində Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksey Poznyak deyib.
"Deyə bilərik ki, təxminən bu insanların yarısı qayıda bilər. Təxminən yarı sayda insan isə geri qayıtmayacaq", -o qeyd edib.
Dekabrın 12-də Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Aleksandr Kamışin 2025-ci ildə Ukraynada Almaniyadan olan qaçqınların geri qaytarılması üçün sıx proqramın fəaliyyətə başlayacağını bildirib. Onun sözlərinə görə, Milli Birlik Nazirliyinin rəhbəri Aleksey Çernışovla birlikdə ukraynalıların ölkənin müdafiə sənayesinə qaytarılması üzərində işləyirlər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural