Türkiyədə Osmanlı tarixçisi Şakir Paşanın ailəsindən bəhs edən və tamaşaçıların böyük marağına səbəb olan “Şakir Paşa Ailesi: Mucizeler ve skandallar” serialının çəkildiyi məkanda yanğın baş verib.
News365.az xəbər verir ki, yanğın nəticəsində Büyük adadakı tarixi malikanənin dekor olaraq qurulan hissəsi tamamilə külə dönüb.
Çəkiliş heyətinin verdiyi açıqlamada hadisənin gecə saat 01:30 radələrində baş verdiyi və yanğının səbəbinin mütəxəssislər tərəfindən araşdırıldığı bildirilib.
Serialın sosial şəbəkə hesabında bu ifadələr yer alıb:
“Bu gecə saat 01:30 radələrində çəkiliş apardığımız məkanda böyük yanğın baş verdi və təəssüf ki, Şakir Paşa köşkü tamamilə yandı. Həmin vaxt çəkiliş meydançasında heç kim olmayıb. Yanğının səbəbi və təxribat ehtimalı qiymətləndiriləcək. Bu həftənin bazar günü 3-cü bölüm yayımlandıqdan sonra çəkilişlərimizə ara verəcəyik. Qısa müddət ərzində köşk yenidən inşa olunaraq çəkilişlərə davam ediləcək. Heç bir itkinin olmaması ən böyük təsəllimizdir”.
Qeyd edək ki, Şakir Paşa Ailəsi Osmanlı İmperatorluğunun son dövrlərində və Cümhuriyyətin ilk illərində yaşamış əhəmiyyətli bir ailə kimi tanınır. Ailənin malikanəsi Büyük adanın Şehbal küçəsində yerləşirdi. İllər əvvəl baş verən yanğın nəticəsində orijinal malikanə tamamilə yanıb.