Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən Tayvana təhvil verilən Amerikanın istehsalı olan "Abrams" tankları silahlı münaqişə vəziyyətində onlara kömək etməyəcək. Onlar sadəcə “hərəkət edən hədəfə” çevriləcəklər.
Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Çinin Müdafiə Nazirliyinin nümayəndəsi Çjan Syaoqanq bildirib.
“Müstəqilliyə can atmaq və birləşmədən güclə imtina etmək üçün Amerikanın bir neçə hərbi texnikası xilasedici lütf olmayacaq. Onlar ancaq döyüş meydanında hərəkət edən hədəf olacaqlar”,- o qeyd edib.
Çin Müdafiə Nazirliyinin nümayəndəsi onu da vurğulayıb ki, Pekin adanın müstəqilliyi tərəfdarlarının separatçı addımlarının və üçüncü qüvvələrin müdaxiləsinin qarşısını almaq üçün hərbi təlimləri hərtərəfli gücləndirəcək.
Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Cozef Bayden Tayvana 571 milyon dollar məbləğində hərbi yardım göstərilməsi barədə göstəriş vermişdi.
Tural