İspaniyanın məşhur “Mundo” qəzeti amerikalı biznesmen İlon Maskı 21-ci əsrin “Sezarizmini” əks etdirən ilin adamı elan edib. Bununla bağlı müvafiq məqalə nəşrin saytında dərc olunub.
“O (Mask – red.) köklü, radikal yeni təcrübəni təcəssüm etdirir: 21-ci əsrin “Sezarizmi”, yəni təcrübədə şirkətlərin siyasətçilərlə birlikdə dövlətləri “birgə idarə etməyə” çağırılması görünür”, - məqalədə yazılıb.
Jurnalist Maskı qədim Roma komandiri Yuli Sezarla müqayisə edib. Müəllif qeyd edib ki, siyasətçi dövrünün ən varlı adamı olub. Eyni zamanda, o, xalqın dəstəyini alıb və Roma İmperiyası üzərində hakimiyyəti ələ keçirib.
Eyni zamanda qəzet amerikalı sahibkarın ABŞ prezidenti ola bilməyəcəyini qeyd edib. Bu, onun ölkədən kənarda doğulması ilə bağlıdır.
"Bununla belə, onun ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla münasibəti “iki böyük eqonun duetidir”, -müəllif əlavə edib.
Tural