"İşçi, hərbi xidmətə çağırıldıqda onun əmək müqaviləsinə xitam verilir. Bu zaman işçiyə əməkhaqqı ödənilmir və onun yerinə başqa işçi qəbul edilir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə işçi əvvəlki vəzifə və əməkhaqqı ilə 60 gün ərzində işə bərpa olunmalıdır".
News365.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.
"Əgər işçi 60 gün müddətini ötürərsə, onun əmək müqaviləsinə xitam verilir və əvvəlki vəzifəsinə qayıda bilmir", - deyə vəkil vurğulayıb.