Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT

Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
10 İyn 2025 13:29

Azərbaycan Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.

News365.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Kamran Əlihəsən oğlu İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Digər Əmrlə həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.

Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.

Prezident İlham Əliyevin mayın 13-ü imzaladığı Sərəncamla Bəhruz Əhmədov baş prokurorun müavini-hərbi prokuror təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada