Saqqal saxlamaq təhlükəli ola bilər – mütəxəssisdən ciddi xəbərdarlıq

Saqqal saxlamaq təhlükəli ola bilər – mütəxəssisdən ciddi xəbərdarlıq
15:33

Yay aylarında saqqal saxlamaq təkcə üslub məsələsi deyil, həm də sağlamlıq baxımından ciddi diqqət tələb edir. Yoluxucu xəstəliklər üzrə ekspert Olqa Tsarenko saqqallı kişiləri gigiyena qaydalarına daha həssas yanaşmağa çağırıb.

News365.az xəbər verir ki, onun sözlərinə görə, düzgün təmizlənməyən saqqal təkcə estetik problem yaratmır – bu, bakteriya, göbələk və viruslar üçün əsl “yuva”ya çevrilə bilər. Nəticədə dəri infeksiyaları, iltihablar və xoşagəlməz qızartılar qaçılmaz olur.

Xüsusilə isti havalarda və tərləmə artanda bu təhlükə bir neçə dəfə çoxalır. Mütəxəssis vurğulayır ki, tibb və qida sahəsində çalışan insanlar üçün saqqal əlavə risk faktorudur – çünki maskalar dəriyə tam oturmur və bu, qorumanı zəiflədir.

Tsarenko bəzi hallarda saqqalda stafilokok, streptokok və kandida göbələklərinin aşkarlandığını qeyd edib. Bu mikroblar burun, ağız və gözlər vasitəsilə bədənə keçərək ağır infeksiyalara səbəb ola bilər.

Nə etməli? Mütəxəssis saqqal saxlayanlara hər gün gigiyenik baxım etməyi, antibakterial təmizləyici vasitələrdən istifadəni və dəri problemləri zamanı həkimlə məsləhətləşməyi tövsiyə edir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada