Fələstinin HƏMAS hərəkatı İsraillə Qəzza zolağında atəşkəs haqqında razılaşmanın icrasını davam etdirməyə və razılaşmanın növbəti mərhələsinə keçməyə hazır olduğunu bəyan edib.
News365.az-ın məlumatına görə, bu barədə Telegram kanalında dərc olunan bəyanatda deyilir.
“Qəzzada atəşkəs və Fələstinli əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmanın həyata keçirilməsinin birinci mərhələsinin başa çatması ilə Həmas əldə olunmuş razılaşmanın bütün bəndlərini, bütün mərhələlərdə və bütün təfərrüatlarla yerinə yetirməyə tam hazır olduğunu təsdiqləyir”.