''Çılgın Bediş'' serialında "Abdül" obrazını canlandıran Abdülhamit Danışır uzun illərdən sonra yenidən gündəmə gəlib.
News365.az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, aktyoru görənlər onu demək olar ki, tanımaqda çətinlik çəkib.
Sosial şəbəkə istifadəçiləri Danışırın dəyişən görünüşü ilə bağlı çoxsaylı şərhlər yazıblar. Bəzi istifadəçilər aktyorun ağır durumda yaşadığını iddia edərək, "Xeyli qocalıb" kimi fikirlər səsləndiriblər.
