Suriyada amerikalı hərbçilər güllələnib

Suriyada amerikalı hərbçilər güllələnib
19:20

Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında baş verən atışma nəticəsində iki Suriya təhlükəsizlik qüvvəsi və bir neçə amerikalı hərbçi yaralanıb.

News365.az xəbər verir ki, bu barədə "SANA" təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, birgə patrul xidməti zamanı silahlı şəxs əsgərlərə atəş açıb. O, dərhal öldürülüb. Hadisənin motivi ilə bağlı heç bir məlumat yoxdur.

Atışmadan sonra Deyr əz-Zor-Dəməşq avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Amerika helikopterləri yaralıları Əl-Tanf şəhəri yaxınlığında (Dəməşqdən 250 km məsafədə) ABŞ və Qərb koalisiyasının hərbi bazasına təxliyə etmək üçün hadisə yerinə gəlib.



Sizin reklam burada
Sizin reklam burada