İsrailin Müdafiə Ordusu Qəzza şəhərinə hava hücumu həyata keçirib.
News365.az xəbər verir ki, aviazərbələr nəticəsində HƏMAS-ın silahlı qolu olan "İzəddin əl Qəssam"ın komandanlarından biri, Raad Saad öldürülüb.
Məlumata görə, İsrail ilə HƏMAS arasında oktyabrın 10-da atəşkəs barədə razılaşma əldə olunsa da, Qəzza zolağı hücumlara məruz qalır. Fələstinli mənbələr iddia edirlər ki, son hücumda Qəzza şəhərinin qərbində hədəf alınan avtomobilin vurulması nəticəsində azı 3 nəfər həlak olub.
İsrailin Müdafiə Ordusunun açıqladığı məlumatda isə hücum nəticəsində HƏMAS-ın silahlı qolu "İzəddin əl Qəssam"ın komandanlarından biri olan Raad Saadın öldüyü yer alıb.