Rusiyanın gecə saatlarında Ukraynanın energetika infrastrukturlarına raket və PUA-larla endirdiyi zərbələr nəticəsində 1 milyondan çox abonent elektrik enerjisiz qalıb.
News365.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko Teleqram kanalında məlumat verib.
Nazirin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerniqov vilayətlərini əhatə edib. Hadisə nəticəsində azı 5 nəfər yaralanıb.
Klimenko bildirib ki, elektrik təchizatı baxımından ən ağır vəziyyət Odessa və Nikolayev vilayətlərindədir.