İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda fəaliyyət göstərən HƏMAS hərəkatının “Xan Yunis” batalyonunun tamamilə məhv edildiyini açıqlayıb.
News365.az xəbər verir ki, məlumatı IDF mətbuat xidməti yayıb.
Bildirilir ki, batalyonun sonuncu üzvləri avqustun 2-də İsrail hərbçilərinə təslim olublar: "Sderot şəhəri (İsrailin cənubunda yerləşir – red.) üçün təhlükə yaradan "Xan Yunis" batalyonu (Qəzzə zolağının cənubundakı şəhərin adını daşıyır – red.) məhv edilib. Bu, “Gideonun döyüş arabaları” əməliyyatı çərçivəsində növbəti nailiyyətdir.
Qeyd olunur ki, "bu gün (2 avqust – red.) 162-ci diviziyanın komandanlığı altında Givati batalyonunun döyüş qrupu Xan Yunis ərazisində əməliyyat həyata keçirib": "Əməliyyat zamanı hərbçilər tunel şaxtasından çıxan və qoşunlara təslim olan bir neçə yaraqlı aşkar ediblər".
Mayın 18-də İsrail ordusu “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Fələstin anklavının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib. Məqsəd HƏMAS-ın son məğlubiyyəti və Qəzzada İsrail girovlarının hamısının azad edilməsidir.