HƏMAS döyüşçülərə maaş verə bilmir

HƏMAS döyüşçülərə maaş verə bilmir
17 Apr 2025 15:24

Qəzzaya nəzarət edən HƏMAS silahlı qruplaşması kəskin pul qıtlığı yaşayır.

News365.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri Amerika və İsrail kəşfiyyat orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, maliyyə kanallarının işi İsrail ordusunun zərbələri və kəşfiyyat xidmətlərinin hərəkətlərindən sonra nəzərəçarpacaq dərəcədə pisləşib. Son həftələrdə İsrial HƏMAS rəhbərliyi üçün Qəzza zolağına valyuta tədarük edən vasitəçilərdən birini sıradan çıxarıblar.

Nəticədə qruplaşmanın bir çox yüksək rütbəli üzvləri son bir ayda maaşlarının yalnız yarısını alıblar. Ayda 200-300 dollar alan adi döyüşçülər ödənişlərin gecikməsindən əziyyət çəkirlər. Nəşr qeyd edir ki, HƏMAS vəsait toplaya bilsə belə, onları sıravi üzvlər arasında bölüşdürmək getdikcə çətinləşir.


Sizin reklam burada
Sizin reklam burada