Məlumdur
ki, video oyunlar universitet tələbələri arasında geniş yayılıb. Lakin oyunların
sağlamlığa mənfi təsiri barədə hələ də
az danışılır.
Yeni bir
araşdırmada, Curtin Universitetinin Avstraliyalı tədqiqatçıları yerli
universitet tələbələrində video oyun tezliyi ilə sağlamlıq göstəriciləri
arasındakı əlaqəni təhlil ediblər.
317
iştirakçı üç qrupa bölünüb: yüngül oyunçular (həftədə 0-5 saat), orta səviyyəli
oyunçular (5-10 saat) və ağır oyunçular (10 saatdan çox). Nəticələr göstərib
ki, həftədə 10 saatdan az oynayanların sağlamlıq nəticələrində demək olar ki,
heç bir fərq yoxdur. Lakin, bu həddi aşan sağlamlıq göstəriciləri kəskin şəkildə
pisləşir. Ağır oyunçuların qidalanması daha pisdir, piylənmə ehtimalı daha yüksəkdir
və orta bədən kütlə indeksi 26,3 olub. Ağır olmayan oyunçular üçün isə bu göstərici
22-23-dür.
Oyun
vaxtının artması ilə yuxu keyfiyyəti də pisləşib. Tədqiqatçılar problemin
oyunların özündə deyil, həddindən artıq oyun oynamaqda olduğunu vurğulayıblar
ki, bu da sağlam vərdişləri- kifayət qədər yuxu, balanslı qidalanma və fiziki fəaliyyətin
yerini alır.
News365.az