İndiki vəziyyətdə biz İrana qarşı nə etməliyik?

İndiki  vəziyyətdə biz İrana qarşı nə etməliyik?
09:15

Diqqətlər İrandadır. Bu ölkə yenə ətrafa ölüm saçır. Və təbii ki, bundan ən çox narahatlıq çəkən ölkələrdən biri də Azərbaycandır.

Bəs, indiki vəziyyətdə biz nə etməliyik?

Mövzu ilə bağlı News365.a - a danışan ekspert Əkrəm Həsənov deyir ki, qədim sivilizasiya xarakterli imperiyalardan yalnız Çin və İran hələ də yaşayır:

“Əslində Avropa Birliyini də şərti olaraq Roma imperiyasının vahid davamçısı hesab etmək olar. Dövlətçilik ənənələri, elm və mədəniyyətləri hesabına bütün işğalçıları da içərilərində əridiblər. Hətta bir neçə dəfə elə təəssürat yaranıb ki, onlar tam məhv olacaqlar. Lakin hər dəfə dirçələ biliblər. Məsələn, Əhəmənini məhv etmiş yunanlar, Sasanini istila etmiş ərəblər, sonradan bu əraziyə hakim olmuş türklər və monqollar tədricən iranlaşıblar (hətta farslaşıblar da). Sonuncu dəfə İran XVIII əsrin əvvəlində viran qalmışdı: şərqdən əfqanlar, qərbdən osmanlılar, şimaldan isə ruslar Səfəvi dövlətini darmadağın etmişdilər. Amma yekunda Nadir şah hamısını qovdu və İranı daha möhtəşəm imperiyaya çevirdi. Yeri gəlmişkən, süquta uğramış Səfəvi imperiyası indiki İran kimi qatı teokratik şiə dövləti idi. Nadir isə dini həmrəyliyə nail olmaq istəyirdi...

Bir sözlə, İrandakı rejimlər gəldi-gedərdir, dövlət isə olub, var və olacaq. Yəqin ki, İran heç vaxt dostumuz olmayacaq, çünki həmişə bizə keçmiş ərazisi kimi baxacaq. Necə ki, Rusiya bizə elə baxır. Düzdür, Türkiyə də bizə həmişə ələ keçirə bilmədiyi ərazi (Şərqi Anadolu istisna olmaqla) kimi baxıb, amma indi ən yaxın dostuq. Hər bir halda, İranla dost ola bilməsək də, düşmən də olmamalıyıq. Yaxşı qonşu olmağa çalışmalıyıq. Bütün qonşularımızla...”

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada