Tarif dəyişikliyi yalnız bu avtobuslara ŞAMİL EDİLƏCƏK – RƏSMİ
Cəmiyyət
17:44
Xəbər verdiyimiz kimi, Bakı və paytaxtətrafı marşrut avtobuslarında yenilənmiş nağdsız gedişhaqqı tarifləri müəyyənləşib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirilir:
“Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir. Bu şərtləri ödəyənlərdə 10 qəpik artır, digərləri 50 qəpik olaraq qalır”.