Hava yolu şirkəti bunu edərək yarımilyon qənaət etdi

Hava yolu şirkəti bunu edərək yarımilyon qənaət etdi
22:00

“American Airlines” şirkəti 1987-ci ildə uçuş zamanı sərnişinlərə təqdim olunan səhər yeməyində “dəyişiklik” etdi. 

News365.az xəbər verir ki, şirkət salat qablarından hər birində 1 ədəd zeytunu azaltmaqla 40 min dollar qənaət edib. 

Qeyd olunur ki, bu dəyişiklik yalnız birinci sinif (business class) sərnişinlərinə verilən yeməklərə aid olub.

Oxşar addımı “Northwest Airlines” şirkəti də atıb. Şirkət içkilərlə təqdim olunan limon dilimlərinin sayını 16-dan 10-a endirib. Bu dəyişiklik nəticəsində aviaşirkət ümumilikdə 500 min dollar qənaət edib.



Sizin reklam burada
Sizin reklam burada