ABŞ Hörmüz boğazına əlavə hərbi gəmilər göndərə bilər.
News365.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın hücumlarının artması fonunda Hörmüz boğazından keçən neft tankerlərini müşayiət etmək üçün Yaxın Şərqə əlavə hərbi gəmilər göndərilməsi imkanını nəzərdən keçirir.
ABŞ rəsmilərinin bildirdiyinə görə, tankerlərin hərbi gəmilər tərəfindən müşayiəti təhlükə səviyyəsi azalana qədər başlamayacaq. Bu prosesin isə bir ay və ya daha uzun müddət çəkə biləcəyi qeyd olunur.