Türkiyədə 76 yaşlı Meryem Akgün oğlu tərəfindən öldürülüb.
News365.az xəbər verir ki, hadisə qadının yaşadığı evdə baş verib.
Məlumata görə, hadisə oğlu İbrahim Akgün torpaq mübahisəsi səbəbindən yaranan mübahisə nəticəsində baş verib.
İbrahim anasının başına odun parçası ilə zərbə vurub.
İbrahim Akgün törətdiyi əməli etiraf edib.
O, polis tərəfindən saxlanılaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.