Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 145 ünvanında yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bununla bağlı FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Digər mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
02:56
Martın 14-də saat 02 radələrində Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən News365.az-a bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.