2026-cı ilin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə praktiki təlim keçirilib.
News365.az xəbər verir ki, təlimdə Daxili İşlər və Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və “BP Caspian Sea Exploration ltd” şirkətinin nümayəndələri iştirak edib.
Təlimin məqsədi xidməti ərazidəki strateji obyektə qarşı terror-təxribat zamanı və digər fövqəladə vəziyyətlərdə əməliyyat qərargahının qurulması, operativ təhlükəsizlik tədbirlərinin tətbiqi, mümkün risk və qəsdlərin vaxtında müəyyən edilərək qarşısının alınması, habelə təxliyyə ilə bağlı praktiki vərdişlərin formalaşdırılması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, birgə fəaliyyətin təşkili sahəsində təcrübənin inkişafı, koordinasiyanın və nəzarət mexanizminin təkmilləşdirilməsi olub.