Hakerlər Çexiyanın baş naziri Petr Fialanın "X" sosial şəbəkəsindəki səhifəsini sındıraraq yalan məlumat yayıblar. STK agentliyinin yaydığı məlumata görə, bu barədə hökumət başçısının mətbuat katibi Lusiya Yeşatkova məlumat yayıb.
“Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu səhər baş nazirin “X” sosial şəbəkəsindəki səhifəsinə hücum edilib”, -o deyib.
Qeyd edilib ki, naməlum şəxslər baş nazirin səhifəsində ABŞ-nin rüsumlarına cavab olaraq Çexiyanın tətbiq edəcəyi sanksiyalar və Kalininqrad vilayətində sərhəd yaxınlığında beynəlxalq qüvvələrin tərkibində Baltikyanı ölkələrdə yerləşdirilən çex əsgərlərin Rusiyanın hücumuna məruz qalması barədə yalan məlumatlar yerləşdiriblər.
Tural