Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmiryolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.
Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
ADY-dən o da bildirilib ki, qatarların qrafikində dəyişiklik edilməyəcək.