Avropa İttifaqı (Aİ) Ukraynanın hava hücumundan və raketlərdən müdafiə sistemləri, raketlər, sursat və radarlar alması üçün 6,1 milyard avroluq maliyyələşməni təsdiqləyib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası Ukraynanın Müstəqillik Günü münasibətilə müdafiə təchizatı ilə bağlı təsdiqlənən plan barədə yazılı açıqlama yayıb.
Açıqlamada Ukraynanın 6,1 milyard avro dəyərində yeni müdafiə təchizatı planının təsdiqləndiyi və vəsaitin hava hücumundan və raketlərdən müdafiə sistemlərinin, raketlərin, sursatın və radarların alınmasına yönəldiləcəyi bildirilib.
Sözügedən maliyyələşmənin 2026-2027-ci illərdə Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Ukraynaya Dəstək Krediti çərçivəsində təmin ediləcəyi qeyd olunub.