Sumqayıtda DİN-ə qəbul üçün sıra baxışı tutulacaq – Müraciət qaydaları

Sumqayıtda DİN-ə qəbul üçün sıra baxışı tutulacaq – Müraciət qaydaları
16:38

Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək.

News365.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu keçirəcək. Paralel olaraq, polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı təşkil olunacaq.

Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı qəbula yazılmaq istəyən şəhər sakinləri 31.08.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına müraciət edə bilərlər. Həmçinin müraciətlər DİN-in "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron portalı və rəsmi sosial şəbəkə hesabları vasitəsilə də qəbul edilir.

Xidmətə qəbul olunmaq istəyən namizədlər üçün sıra baxışı sentyabrın 1-də saat 08:00-da Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində tutulacaq.

Qəbula və sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsini təqdim etmələri tələb olunur.


Sizin reklam burada
Sizin reklam burada