Günəşdə güclü partlayış qeydə alınıb

Günəşdə güclü partlayış qeydə alınıb
21:48

Bu gün Günəşdə gücünə görə sondan əvvəlki sinfə (M) aid edilən partlayış qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Mayın 7-də Bakı vaxtı ilə saat 19:14-də (Moskva vaxtı ilə 18:14) rentgen diapazonunda 70 dəqiqə davam edən M2.6 (N19E88) alışması qeydə alınıb", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı A0.0 sinfi Yer orbitində 1 kvadratmetrə 10 nanovat şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçdikdə güc 10 dəfə çoxalır. Alışmalar zamanı günəş plazması tullantıları da müşahidə oluna bilər ki, bu plazma buludları Yerə çatdığı təqdirdə maqnit fırtınalarına səbəb ola bilər.


Sizin reklam burada
Sizin reklam burada